- Xəbər news
- 01:00 22.01.2026
"Milan”ın sabiq baş məşqçisi Arriqo Sakki Andrea Pirlonun “Yuventus”u çalışdırmağı qəbul etməyinin səhv qərar olduğunu deyib.
Corner.az xəbər verir ki, bu barədə 75 yaşlı mütəxəssis İtaliya mətbuatına açıqlamasında deyib:
“Pirlonun yenidən dünya futboluna qayıdacağını düşünürəm. O, bir anda uğur qazanmaq həvəsi ilə təcrübəsi olmadan “Yuventus”dan gələn təklifi qəbul etdi. Pirlo'nun Yuventus'da uğur qazanmağı çox imkansız görünürdü və şansı yox idi.
Pirlo məşqçi karyerasına təsir edəcək ən böyük səhv etdi. Bəlkə də, bu səhvə görə hələ işsiz qalıb”.
Pirlo 2020-ci ilin avqustundan 2021-ci ilin mayına qədər “Yuventus”da baş məşqçilik edib. 42 yaşlı mütəxəssis bu ilin mayından işsizdir.