- Xəbər news
- 21:58 14.03.2026
“Bavariya”nın futbolçusu Robert Levandovski “qızıl top”a namizədliyi ilə bağlı açıqlama verib.
Corner.az xəbər verir ki, Almaniya mətbuatına danışan 33 yaşlı polşalı hücumçu, “qızıl top” haqda düşünmədiyini deyib:
“Artıq “qızıl top” haqda çox düşünmürəm. Bu haqda düşünmək mükafatı mənə qazandırmayacaq. Diqqətimi başqa şeylərə yönəltmək istəyirəm. Mükafatın veriləcəyi vaxta hələ çox var. Vaxt daralanda düşünməyə başlayacam.
Düzdür, “qızıl top” böyük mükafatdır, amma bu haqda çox düşünmək lazım deyil. Çünki indi və sonra görüləcək çox iş var”.
“Qızıl top” mükafatının qalibi noyabrın 29-da bəlli olacaq.