5 dekabr 2025. Cümə

Capello birgə çalışdığı ən yaxşı futbolçuların adlarını açıqlayıb


Capello birgə çalışdığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Məşhur italiyalı məşqçi Fabio Capello birgə çalışdığı ən yaxşı futbolçuların adlarını açıqlayıb.

Corner.az xəbər verir ki, 73 yaşlı mütəxəssis bir neçə nəfəri fərqləndirib. O, ilk növbədə hücumçular - hollandiyalı Marko van Basten və braziliyalı Ronaldonun adlarını çəkib: “Karyeramda həmçinin iki əla müdafiəçi olub. Bunlar Paolo Maldini və Franko Barezidir. Onları unuda bilmərəm”.

Qeyd edək ki, 1987-2018-ci illər arasında baş məşqçi kimi fəaliyyət göstərən F.Capello bu müddətdə İtaliyanın “Milan”, “Roma”, “Juventus”, İspaniyanın “Real Madrid”, Çinin “Tszyansu Sunin” klublarında, eləcə də İngiltərə və Rusiya yığmalarında çalışıb. (report)







Xəbər news