- Xəbər news
- 21:58 14.03.2026
“Real”ın sabiq qapıçısı İker Kasilyas açıqlama verib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı keçmiş futbolçu, “Real”ın bu mövsüm Çempionlar Liqasını qazana biləcəyini deyib:
“Real” Çempionlar Liqasını qazana bilər. Ümumilikdə, turnirin 4-5 favoriti var. “Bavariya” həm evdə, həm səfərdə sərgilədiyi futbol əzicidir. “Real” isə meydana gəncləri buraxaraq, baxımlı oyun sərgiləyir”.
Kasilyas, “Barselona”ya baş məşqçi təyin olunan Xavi haqda fikirlərini bölüşüb:
“Xavini baş məşqçi kimi təsəvvür etmək çətin deyildi. O, baş məşqçi olmaq istəyən digər futbolçulara bir nümunədir. Xavinin təyinatı mənim üçün sürpriz deyil”.