9 dekabr 2025. Çərşənbə axşamı

Stadionun işıqları söndü, futbolçu təmir etdi - FOTO


Stadionun işıqları söndü, futbolçu təmir etdi - FOTO

İngiltərədə “Marin” və “Danston” komandaları arasında keçirilən matçda stadionun işıqlandırma sistemində problem yaranıb.

Corner.az xəbər verir ki,  əsl peşəsi elektrik olan "Danston"un 34 yaşlı yarımmüdafiəçi Fil Törnbul işıq sistemində olan problemi həll edib və qarşılaşma qaldığı yerdən davam edib.

Oyundan sonra “Marin” klubu futbolçuya təşəkkür edib.

Görüş 2:2 hesabıyla bitib.








Xəbər news