- Xəbər news
- 22:34 14.11.2024
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Yaponiyanın futbol tarixinin rəmzi komandasını açıqlayıb.
Corner.az-ın məlumatına görə, "11-lik"də "Neftçi" klubunun sabiq futbolçusu Keysuke Hondaya da yer verilib.
Qeyd edək ki, 35 yaşlı yarımmüdafiəçi 2020/2021 mövsümündə "Neftçi" ilə Azərbaycan Premyer Liqasının qalibi olub.
Hazırda Litvanın "Suduva" klubunda oynayan Honda "ağ-qaralar"ın heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.