- Xəbər news
- 22:34 14.11.2024
İngiltərənin “Brayton” klubunun məşqçilər heyəti evsiz insanlara dəstək məqsədiylə aksiya keçirib.
Corner.az xəbər verir ki, baş məşqçi Qraham Potter və köməkçiləri “Big Sleep Out” kampaniyasına qoşulub və bir gecə küçədə qalıblar.
44 yaşlı mütəxəssis kampaniyaya qoşulmalarını belə şərh edib:
“Küçədə yaşamağın daha rahat variantını yoxlamağa çalışdıq. Belə bir ağrı ilə yaşamağın necə olduğunu təsəvvür edə bilmirəm. Evsizlərin üzərində mənasız damğa var. Bu adamlar həyatımızın ən müdafiəsiz insanlarıdır və onların bizə ehtiyacları var”.