- Xəbər news
- 22:34 14.11.2024
Fransa millisinin sabiq futbolçusu Patris Evra bu il "Qızıl top" mükafatının PSJ-nin futbolçusu Lionel Messiyə verilməsinə qarşıdır
Corner.az-ın məlumatına görə, veteran müdafiəçi yerli mətbuata açıqlamasında argentinalı hücumçunun buna layiq olmadığını bildirib.
O, 34 yaşlı forvardın namizədlər siyahısında olmasının belə, haqsızlıq olduğunu deyib: "Messi bunun üçün nə edib? Ona "Qızıl top"u verməkdən bezdik. Argentina millisi ilə Amerika Kubokunu qazandı. Bəs, "Barselona"da nə etdi"?
40 yaşlı keçmiş futbolçu "Çelsi"nin futbolçusu Jorjinyonun mükafatı hamıdan çox layiq olduğunu söyləyib.
Qeyd edək ki, Patris Evra karyerası ərzində Fransada "Monako" və "Marsel", İngiltərədə "Mançester Yunayted" və İtaliyada "Yuventus" kimi komandaların şərəfini qoruyub.