- Xəbər news
- 22:34 14.11.2024
ABŞ-ın "İnter Mayami" klubunun baş məşqçisi Fil Nevill uğursuz nəticələrdən sonra heyətlə bağlı radikal qərarlar verib.
Corner.az xəbər verir ki, 44 yaşlı mütəxəssis 10 futbolçunu komandadan uzaqlaşdırıb. Bunlar Corc Akosta, Ventura Alvarado, Dilan Kastanheyra, Cey Çapmen, Sami Gediri, Kelvin Lerdam, Con Makkarti, Coşua Penn, Patrik Siqrist və Viktor Uloadır.
İngiltərəli mütəxəssis kənarlaşdırdığı futbolçuların əvəzində öz oğlu Harvi Nevillini əsas komandaya cəlb edib.
Qeyd edək ki, "İnter Mayami" İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhemə məxsusdur.