26 oktyabr 2024. Şənbə

Mançester Yunayted'də ruh çatışmır – Bolt


Mançester Yunayted'də ruh çatışmır  – Bolt

Qaçış üzrə olimpiya və dünya çempionu yamaykalı Useyn Bolt “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo haqda danışıb.

Corner.az xəbər verir ki, 35 yaşlı atlet, portuqaliyalı hücumçunun “Mançester Yunayted”dəki işləri tək edə bilməyəcəyini deyib:

“Ronaldo hər oyunda “Mançester Yunayted”i xilas etmək məcburiyyətində qalır. O, bütün işləri tək edə bilməz. “Mançester Yunayted” uzun müddətdir yavaş və zəif oynayır. Komandada ruh çatışmır”.

“Mançester Yunayted” Premyer Liqada 6-cı sıradadır.







Xəbər news