3 fevral 2026. Çərşənbə axşamı

DÇ-2022 matçında cadu iddiası – stadiona imam çağırıldı


DÇ-2022 matçında cadu iddiası – stadiona imam çağırıldı

DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsi çərçivəsində keçirilən Əlcəzair – Burkina Faso matçında maraqlı hadisə yaşanıb.

Corner.az xəbər verir ki, Əlcəzair yığmasının rəsmiləri Burkina Faso tərəfinin matçın keçiriləcəyi stadiona cadu etdiyini iddia edib. Bu barədə “DzFoot” nəşrinin jurnalisti Valid Ziani məlumat yayıb.

Əlcəzair millisinin nümayəndələri stadiona imam çağırdaraq cadunu pozmaq üçün dua oxutdurub.

Qeyd edək ki, Əlcəzair – Burkina Faso matçı 2:2 hesabıyla bitib.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO