3 fevral 2026. Çərşənbə axşamı

Sanço Liverpul'a keçsəydi, başqa futbolçu olacaqdı


Sanço Liverpul'a keçsəydi, başqa futbolçu olacaqdı

İngiltərəli keçmiş futbolçu Conatan Vudqeyt “Mançester Yunayted”in oyunçusu Ceydon Sanço haqda danışıb.

Corner.az xəbər verir ki, hazırda Çempionşip təmsilçisi “Midlsbro”nu çalışdıran 41 yaşlı mütəxəssis, 21 yaşlı  oyunçunun “Mançester Yunayted”də yaxşı çıxış edə bilmədiyini söyləyib:

“Sançonun “Mançester Yunayted”də işləri yaxşı getmir. Məncə, bu, “qırmızı şeytanlar”ın oyun üslubuna bağlıdır. “Mançester Yunayted”in üslubu Sançoya uyğun deyil.

Sançonun möhtəşəm istedadı var. Onun güclü tərəflərindən istifadə edə bilsən, ən yaxşı oyununu göstərəcək. Sanço “Liverpul”a keçsəydi, başqa futbolçu olacaqdı. Mən buna əminəm”.

Sanço bu mövsüm “Mançester Yunayted”lə 13 oyuna çıxıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO