26 oktyabr 2024. Şənbə

Ermənilərin təxribatı zamanı şəhid olmuş hərbi qulluqçu futbolçu olub


Ermənilərin təxribatı zamanı şəhid olmuş hərbi qulluqçu futbolçu olub

Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Elmin Əlizadə keçmiş futbolçu olub.

Corner.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Elmin Əlizadə 2013-2016-cı illər ərzində UGİM Mingəçevir komandasının tərkibində AFFA-nın keçirdiyi liqalarda iştirak edib.

Xatırladaq ki, Ermənistanın təxribatı nəticəsində ötən gün Azərbaycanın 7 hərbçisi şəhid olub, 10-u yaralanıb.







Xəbər news