24 mart 2026. Çərşənbə axşamı

Klub sahibi futbolçunu oyuna çatdırmaq üçün 120 min avro ödədi


Klub sahibi futbolçunu oyuna çatdırmaq üçün 120 min avro ödədi

"Vest Hem” klubunun sahibi Devid Sallivan komandanın hücumçusu Maykl Antonionu Yamaykadan İngiltərəyə tez qaytarmaq üçün şəxsi təyyarəsini göndərib.

Corner.az xəbər verir ki, bu barədə “Sky Sports” telekanalı məlumat yayıb. Məlumatda, 72 yaşlı funksionerin hücumçunu Londona bir gün daha tez gətirmək üçün şəxsi təyyarəsini Yamaykaya göndərdiyi vurğulanıb. 31 yaşlı futbolçu Londona gətirilməsi klub sahibinə 120 min avroya başa gəlib.

Maykl Antonio Yamayka yığmasıyla DÇ-2022-nin seçmə mərhələ oyunlarında iştirak edib.

Sallivan yamaykalı futbolçunun komandaya tez qoşulması və şənbə günü “Vulverhempton”a qarşı keçiriləcək Premyer Liqa matçına daha yaxşı hazır olması üçün bu addımı atıb







Xəbər news