26 oktyabr 2024. Şənbə

Qurbanlı üçün 90 dəqiqə, 3 xal


Qurbanlı üçün 90 dəqiqə, 3 xal

Futbol üzrə Moldova çempionatında 18-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Balti”ni qəbul edib. Futbolçumuzun komandası bu oyunda minimal hesablı qələbə  qazanıb – 1:0.

Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Keçirdiyi 18 oyunda 23 xal toplayan “Dinamo-Avto” 8 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.







Xəbər news