26 oktyabr 2024. Şənbə

Mustafayevsiz Aleksandriya səfərdə uduzdu


Mustafayevsiz Aleksandriya səfərdə uduzdu

Futbol üzrə Ukrayna Premyer Liqasında 15-ci turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Dnepr”in qonağı olub. Futbolçumuzun komandası bu görüşdə məğlubiyyətlə üzləşib – 1:3.

Mustafayev bu görüşdə iştirak etməyib. Zədədən əziyyət çəkən Emilin adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Aleksandriya” 15 turdan sonra 23 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.







Xəbər news