26 oktyabr 2024. Şənbə

Nəbiyevli Viktoriya'dan heç-heçə


Nəbiyevli Viktoriya'dan heç-heçə

Futbol üzrə Çexiya 2-ci divizionunda 15-cii turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Mas Taborsko”nu qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb – 0:0.

Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib.

“Viktoriya” 15 turdan sonra 10 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.







Xəbər news