- Xəbər news
- 22:34 14.11.2024
Futbol üzrə Polşa çempionatında 15-ci turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Qurnik”in qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 2:3. Bu, Varşava təmsilçisinin ölkə çempionatında ardıcıl yeddinci məğlubiyyətidir.
Mahir də bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 46-cı dəqiqədə meydana buraxılıb.
15 turdan sonra 9 xalı olan “Legiya” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.