- Xəbər news
- 22:34 14.11.2024
FIFA "The Best" mükafatına namizəd futbolçuların siyahısını açıqlayıb.
Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada Fransanın PSJ klubundan Kilian Mbappe, Lionel Messi və Neymar, İspaniyanın "Real Madrid" klubundan Kərim Benzema, İngiltərənin "Mançester Siti" klubundan Kevin De Bruyne, "Mançester Yunayted"dən Kriştiano Ronaldo, "Çelsi"dən Jorjinyo və N'Qolo Kante, "Liverpul"dan Məhəmməd Salah, həmçinin Almaniyanın "Borussiya" (Dortmund) komandasından Erlinq Halann və "Bavariya" klubundan Robert Levandovski iddia edir.
Ən yaxşı qadın futbolçu adına namizədlər
1. Stina Blakstenius (İsveç / "Hekken")
2. Aytana Bonmati (İspaniya / "Barselona")
3. Lüsi Bronz (İngiltərə / "Mançester Siti")
4. Maqdalena Eriksson (İsveç / "Çelsi")
5. Karolina Hansen (Norveç / "Barselona")
6. Pernille Harder (Danimarka / "Çelsi")
7. Cennifer Ermoso (İspaniya / "Barselona")
8. Çi Soyun (Cənubi Koreya / "Çelsi")
9. Samanta Kerr (Avstraliya / "Çelsi")
10. Vivianne Midema (Niderland / "Arsenal")
11. Aleksiya Putelyas (İspaniya / "Barselona")
12. Kristina Sinkleyr (Kanada / "Portlend Torns")
13. Ellen Uayt (İngiltərə / "Mançester Siti")
"The Best" - ilin ən yaxşı fərdi nailiyyətləri üçün nəzərdə tutulan FIFA mükafatıdır. Bu il 22 noyabr - 10 dekabrda aparılacaq səsvermənin yekununda Ən yaxşı oyunçu, Ən yaxşı baş məşqçi, Ən yaxşı qapıçı, Fair Play, Ən yaxşı qol üçün Puşkaş mükafatı, azarkeşlər üçün mükafatın sahibləri və İlin rəmzi komandası müəyyənləşəcək. Fərdi mükafatlar həm kişi, həm də qadın futbolunun təmsilçilərinə veriləcək.
Mükafatlandırma mərasimi 2022-ci il yanvarın 17-də baş tutacaq.
Qeyd edək ki, ötən il FIFA-nın versiyasına əsasən dünyanın ən yaxşı futbolçusu adına polşalı hücumçu Robert Levandovski yiyələnmişdi. 33 yaşlı forvard "Qızıl buts" mükafatına da layiq görülmüşdü.