- Xəbər news
- 22:34 14.11.2024
İtaliyanın "Roma" klubunun baş məşqçisi Joze Mourinyo komandanın futbolçusu Feliks Afena-Qyana 800 avroluq idman ayaqqabısı alıb.
Corner.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis bu addımı "Cenoa" ilə A Seriyasının 13-cü tur matçından sonra atıb. Paytaxt təmsilçisinin 2:0 hesabı ilə qalib gəldiyi görüşdə 18 yaşlı hücumçu "dubl"a imza atıb. Bu matç həmçinin Afena Qyanın "Roma"da debütü olub.
Qeyd edək ki, hazırda "Roma" 22 xalla 5-ci pillədə qərarlaşıb.