28 may 2026. Cümə axşamı

Ramil Şeydayev: "Arsenal"a keçmək istərdim, amma ... "


Ramil Şeydayev: "Arsenal"a keçmək istərdim, amma ... "

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev azarkeşlik etdiyi komandanın adını açıqlayıb.

Corner.az-ın məlumatına görə, hazırda Rusiya "Krılya Sovetov"unda çıxış edən hücumçu uşaqlıqdan İngiltərə "Arsenal"ının oyun üslubunu bəyəndiyini bildirib. 23 yaşlı futbolçu bu sevginin hələ ilk kompüteri olduğu vaxt futbol simulyatorunda oynadığı vaxtdan qaldığını söyləyib: "Oyunlar zamanı həmişə "topçular"dan olurdum. O vaxtdan belə qalıb".

Lakin Şeydayev "Arsenal"a Ermənistan millisinin futbolçusu Henrikh Mkhitaryan kimi transfer olunmağı arzulamadığını diqqətə çatdırıb: "Əlbəttə, onun yolunu təkrarlamaq istərdim. Amma "Manchester United"də də çıxış etməklə yox. Ən yaxşısı, "Arsenal"a birbaşa düşməkdir".

Qeyd edək ki, Ramil Şeydayev Azərbaycanda "Qarabağ", Slovakiyada isə "Jilina"nın da formasını geyinib. 







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı