26 oktyabr 2024. Şənbə

Neftçi'nin sabiq futbolçusu Portuqaliya klubunda


Neftçi'nin sabiq futbolçusu Portuqaliya klubunda

“Neftçi”nin sabiq futbolçusu Rener Alves de Souzanın yeni klubu müəyyənləşib.

Corner.az xəbər verir ki, braziliyalı müdafiəçi Portuqaliyanın “Portimonense” klubuna keçib. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

Rener “Portimonense” klubunun U-23 komandasında çıxış edəcək.

Souza 2020-ci ilin iyulundan “Neftçi”də çıxış edirdi. O, bu ilin iyununda klubdan ayrılmışdı.







Xəbər news