26 oktyabr 2024. Şənbə

Mahir Emreli'ni mühakimə etmək çətindir


Mahir Emreli'ni mühakimə etmək çətindir

"Komandanın oyununda sabitlik çatmır. Bundan başqa, heyətə cəlb olunan futbolçular nəyisə dəyişə bilmirlər".

Corner.az-ın məlumatına görə, bu sözləri Polşa "Legiya"sının sabiq futbolçusu Stanko Svitlitsa komandanın cari mövsüm Ekstraklasadakı uğursuz çıxışı və yeni transferləri barədə "Sport.pl" saytına müsahibəsində deyib.

Veteran oyunçu Varşava təmsilçisinin yayda heyətinə qatdığı Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxışı ilə bağlıda fikirlərini bildirib: "Emreli pis futbolçu deyil. Avrokubokların təsnifat mərhələsində, həmçinin Avropa Liqasının qrupunda "Lester"ə qol vurub. Ona görə də bu futbolçunu mühakimə etmək çətindir".

Qeyd edək ki, "Legiya" Polşa çempionatında 9 xalla 18 komanda arasında 17-ci sırada qərarlaşıb.







Xəbər news