26 oktyabr 2024. Şənbə

Levandovski ilin futbolçusu seçilib, Messi 2-ci, Ronaldo isə ...


Levandovski ilin futbolçusu seçilib, Messi 2-ci, Ronaldo isə ...

Polşa millisinin və "Bavariya"nın hücumçusu Robert Levandovski növbəti dəfə 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.

Corner.az-ın məlumatına görə, 33 yaşlı hücumçu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən bu ada yiyələnib.

Levandovski  150 xalla bütün rəqiblərini qabaqlayıb. Argentina yığmasının və PSJ-nin futbolçusu Lionel Messi 105 xalla ikinci, İtaliya millisinin və "Çelsi" klubunun yarımmüdafiəçisi Jorjinyo 40 xalla üçüncü olub.

Portuqaliya millisinin və "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo isə 15 xalla 7-ci ola bilib.







Xəbər news