- Xəbər news
- 22:34 14.11.2024
Futbol üzrə Ukrayna Premyer Liqasında 16-cı turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Kiyev “Dinamo”sunu qəbul edib. Futbolçularımızın komandası bu oyunda məğlubiyyətlə üzləşib – 0:2.
Rüstəmlə Eldar da bu oyunun iştirakçısı olub. Onların hər ikisi start heyətdə meydana çıxıblar. Quliyev sonadək oynadığı halda, Əhmədzadə 82-ci dəqiqədə əvəzlənib.
16 turdan sonra 10 xalı olan “Minay” 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.