- Xəbər news
- 22:34 14.11.2024
Futbol üzrə Portuqaliya çempionatının 12-ci turunda maraqlı hadisə baş verib.
Corner.az xəbər verir ki, autsayder “Belenenseş” doğma meydanda “Benfika”nı qəbul edib. Koronavirusa kütləvi yoluxma səbəbindən meydan sahibləri matça 9 futbolçu ilə çıxıblar. Meydan sahiblərinin meydana çıxardığı 9 futbolçudan ikisi qapıçı olub. Qolkiperlərdən biri mərkəz oyunçusu kimi çıxış edib.
İlk hissə qonaqların 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Fasilədən sonra “Belenenseş” meydana 7 nəfərlə qayıdıb. Bununla belə, 46-cı dəqiqədə meydan sahiblərinin daha bir futbolçusu Monteyro zədələndiyini bildirib. “Belenenseş”in heyətində oyunçu sayı 7-dən az olduğu üçün referi görüşü vaxtından əvvəl başa çatdırmaq məcburiyyətində qalıb.