- Xəbər news
- 22:34 14.11.2024
Futbol üzrə klublararası dünya çempionatının daha bir iştirakçısı məlum olub.
Corner.az xəbər verir ki, “Palmeyras” (Braziliya) Libertadores kubokunun finalında “Flamenqo”nu 2:1 hesabı ilə məğlub edərək, turnirdə iştirak hüququ əldə edib.
Klublararası dünya çempionatı 2022-ci ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək. Turnirdə “Palmeyras”la yanaşı, “Çelsi” (İngiltərə), “Əl Hilal” (Səudiyyə Ərəbistanı), “Əl Əhli” (Misir), “Monterrey” (Meksika), “Oklend” (Yeni Zelandiya) və “Əl-Cəzirə” (BƏƏ) klubları çıxış edəcək.