- Xəbər news
- 22:34 14.11.2024
Futbol üzrə Belarus çempionatında mövsümə yekun vurulub.
Corner.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Ruslan Qurbanovun komandası “Slaviya” (Mozır) da mövsümdəki sonuncu matçına çıxıb.
Sözügedən kollektiv 30-cu tur çərçivəsində doğma meydanda Minsk “Dinamo”sunu qəbul edib. Azərbaycanlı futbolçunun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Ruslan bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Slaviya” mövsümü 32 xalla 16 kollektiv arasında 13-cü pillədə başa vurub və elitadakı mövqeyini qoruyub.
Qurbanov Belarus klubuna bu ilin avqustunda azad agent statusu ilə keçmişdi. O, Mozır təmsilçisində 5 çempionat matçına çıxıb, 2 qola imza atıb.