3 fevral 2026. Çərşənbə axşamı

Krivotsyuk'un komandasından çətin qələbə


Krivotsyuk'un komandasından çətin qələbə

Futbol üzrə Polşa çempionatında 16-cı turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Krakoviya”nı qəbul edib. Futbolçumuzun komandası bu oyunda çətin qələbə qazanıb – 2:1.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin müdafiəçisi 46-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

“Visla” 16 turdan sonra 23 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO