- Xəbər news
- 22:34 14.11.2024
Futbol üzrə Portuqaliya çempionatında 12-ci turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Sportinq”in qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 0:2.
Renat da bu görüşün iştirakçısı olub. Millimizin üzvü, komandasının start heyətində meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.
“Tondela” 12 turdan sonra 12 xalla 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.