- Xəbər news
- 22:34 14.11.2024
“Mançester Siti”in yarımmüdafiəçisi Bernardo Silva Portuqaliya çempionatının 12-ci turu çərçivəsində “Belenenseş” – “Benfika” oyunu ilə bağlı açıqlama verib.
Corner.az xəbər verir ki, portuqaliyalı futbolçu “tvitter” səhifəsində ölkədə skandala səbəb olan oyunla narazılığını ifadə edib:
“Bu nədir? Başa düşmürəm, oyunu niyə təxirə salmadılar?”
Xatırladaq ki, “Belenenseş” koronavirus səbəbindən “Benfika” ilə matça 9 futbolçu ilə çıxıb. İlk hissədə 7-0 hesabı ilə uduzan ev sahibləri meydanda 6 nəfərlə qaldığına görə baş hakim oyunu yarımçıq dayandırıb və komandaya məğlubiyyət verilib.