- Xəbər news
- 22:34 14.11.2024
Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli klubun azarkeşi ilə görüşüb.
Corner.az xəbər verir ki, 24 yaşlı hücumçu bu barədə "İnstaqram" hesabında paylaşıb.
Emreli "Yagelloniya"ya 1:0 hesabı ilə qalib gəldikləri 16-cı tur matçından sonra tərəfdarla qısa dialoq yaşayıb. Fanat Emreliyə "Yaxşı oynadın, mənim dostum. "Legiya"nın tarixi qədimdir. Bu səbəbdən, daha yaxşı oynamağa çalışmalısan" deyib.
Millimizin futbolçu isə "Mən ən yaxşısını etməyə çalışıram" deyə cavab verib.
Qeyd edək ki, "Yagelloniya" ilə görüşdə qolun ötürməsini məhz Mahir Emreli verib.