- Xəbər news
- 22:34 14.11.2024
2022-ci ildə keçiriləcək klublararası dünya çempionatının tarixi müəyyənləşib.
Corner.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunacaq turnir 3 - 12 fevralda gerçəkləşəcək. Yarışın püşkatma mərasimi bu gün İsveçrənin Sürix şəhərində olacaq. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Dünya çempionatında 7 iştirakçısı olacaq. Bunlar Səudiyyə Ərəbistanının "Əl-Hilal", Meksikanın "Monterrey", Yeni Zelandiyanın "Oklend Siti", BƏƏ-nin "Əl-Cəzirə", İngiltərənin "Çelsi" və Braziliyanın "Palmeyras" komandalarıdır.
Hazırkı klublararası mundial bu ilin dekabrında Yaponiyada keçirilməli idi. Lakin ölkə rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar yarışın təşkilatçılığından imtina edib.
Qeyd edək ki, ötən ildən təxirə salınmış dünya çempionatının qalibi Almaniya "Bavariya"sı olub. Həmin yarış Qətərdə olub.