- Xəbər news
- 22:34 14.11.2024
Bu gün “France Football” nəşrinin təsis etdiyi “qızıl top” mükafatının sahibi məlum olacaq.
Corner.az xəbər verir ki, mükafatın təqdimat mərasimi Fransanın paytaxtı Parisdə keçiriləcək.
“Qızıl top”a 30 futbolçu namizəddir. Onlardan 1-i qapıçı, 5-i müdafiəçi, 10-u yarımmüdafiəçi, 14-ü isə hücumçudur.
Qapıçı: Canluici Donnarumma (“Milan”, İtaliya / PSJ, Fransa);
Müdafiəçilər: Leonardo Bonuççi, Corco Kyellini (hər ikisi “Yuventus”, İtaliya), Ruben Diaş (“Mançester Sit”, İngiltərə), Sezar Aspilikueta (“Çelsi”, İngiltərə), Simon Kyaer (“Milan”, İtaliya);
Yarımmüdafiəçilər: Nikolo Barella (“İnter”, İtaliya), Luka Modriç (“Real “, İspaniya), Kevin de Bruyne, Fil Foden, Riyad Mahrez (hamısı “Mançester Sit”, İngiltərə), Jorjinyo, Nqolo Kante, Meyson Maunt (hamısı “Çelsi”, İngiltərə), Pedri (“Barselona”, İspaniya), Bruno Fernandes (“Mançester Yunayted”, İngiltərə);
Hücumçular: Lautaro Martines (“İnter”, İtaliya), Kərim Benzema (“Real”, İspaniya), Rahim Sterlinq (“Mançester Sit”, İngiltərə), Kriştiano Ronaldo (“Mançester Yunayted”, İngiltərə), Kilian Mbappe, Lionel Messi, Neymar (hamısı PSJ, Fransa), Erlinq Haland (“Borussiya” Dortmund, Almaniya), Romelu Lukaku (“Çelsi”, İngiltərə), Harri Keyn (“Tottenhem”, İngiltərə), Robert Levandovski (“Bayern”, Almaniya), Jerar Moreno (“Vilyarreal”, İspaniya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə), Luis Suares (“Atletiko”, İspaniya).
Tədbirdə ilin ən yaxşı qadın futbolçusuna “qızıl top”, ən yaxşı qapıçısına isə Lev Yaşin mükafatı da təqdim olunacaq.
“France Football” nəşri koronavirus pandemiyasına görə ötən il mükafatı heç bir futbolçuya verməyib. “Qızıl top”u sonuncu dəfə 2019-cu ildə Lionel Messi qazanıb.