- Xəbər news
- 22:34 14.11.2024
Futbol üzrə Belçika yığmasının və “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne 2021-ci ilin ən yaxşı pleymeykeri elan olunub.
Corner.az xəbər verir ki, o, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) versiyasına əsasən bu adın sahibi olub.
30 yaşlı futbolçu 160 xalla bütün rəqiblərini geridə qoyub. Argentina yığmasının və PSJ-nin futbolçusu Lionel Messi 2-ci, Portuqaliya millisinin və “Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes isə 3-cü olub.
İFFHS daha öncə “Bayern”in hücumçusu Robert Levandovskini ilin futbolçusu, PSJ-nin qolkiperi Canluici Donnarummanı isə ilin ən yaxşı qapıçısı elan edib.