26 oktyabr 2024. Şənbə

Qızıl Top: Ronaldo təqdimetmə mərasiminə qatılmayacaq


Qızıl Top: Ronaldo təqdimetmə mərasiminə qatılmayacaq

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının təqdimetmə mərasiminə qatılmayacaq.

Corner.az-ın məlumatına görə, bu barədə portuqaliyalı jurnalist Pedru Sepulveda özünün tvitter səhifəsində yazıb.

36 yaşlı portuqaliyalı hücumçunun hansı səbəbdən bu addım atdığı bilinmir.

Qeyd edək ki, bu gün Fransanın paytaxtı Parisdə təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Ronaldunun özü də mükafata iddialı 30 namizəddən biridir







Xəbər news