26 oktyabr 2024. Şənbə

Klublararası dünya çempionatının püşkü atıldı - FOTO


Klublararası dünya çempionatının püşkü atıldı - FOTO

2022-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunacaq klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.

Corner.az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə ilk 3 mərhələdə, yarımfinal və finalda qarşılaşacaq cütlüklər bəlli olub.

UEFA Çempionlar Liqasının son qalibi olan İngiltərənin "Çelsi" klubu və Libertadores Kubokunun son sahibi Braziliyanın "Palmeyras" klubu mübarizəyə yarımfinal mərhələsindən başlayacaq.

I mərhələ

1. "Əl-Cəzirə" (Birləşmiş Ərəb Əmirlikləri) - "Oklend Siti" (Yeni Zelandiya)

II mərhələ

2. "Əl-Əhlil" (Səudiyyə Ərəbistanı) - "Monterrey" (Meksika)

III mərhələ

3. "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) - 1-ci cütün qalibi

Yarımfinal

4. "Palmeyras" (Braziliya) - 2-ci cütün qalibi

5. 3-cü cütün qalibi - "Çelsi" (İngiltərə)

Qeyd edək ki, klublararası dünya çempionatı 3 - 12 fevralda olacaq. Turnirin son qalibi "Bavariya"dır.








Xəbər news