26 oktyabr 2024. Şənbə

Qızıl Top: Daha bir futbolçu təqdimetmə mərasimində iştirak etməyəcək


Qızıl Top: Daha bir futbolçu təqdimetmə mərasimində iştirak etməyəcək

İspaniyanın "Real" klubunun futbolçusu Kərim Benzema "Qızıl top" mükafatının təqdimetmə mərasimində iştirak etməyəcək.

Corner.az "Sport.es" nəşrinə istinadən xəbər verir ki,  33 yaşlı fransalı hücumçu tədbirə qatılmaqdan imtina edib.

Daha əvvəl İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldonun mərasimdə çıxış etməyəcəyi bildirilib.

Qeyd edək ki, bu gün Fransanın paytaxtı Parisdə təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Həm Benzema, həm də Ronaldu mükafata iddialı 30 namizəddən biridir.







Xəbər news