- Xəbər news
- 21:58 14.03.2026
Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin "Qızıl top" mükafatı üçün topladığı xalların sayı açıqlanıb.
Corner.az-ın məlumatına görə, argentinalı hücumçu 613 xalla birinci olub.
34 yaşlı futbolçu "Bavariya" klubunun futbolçusu Robert Levandovskini 33 xal qabaqlayıb.
Polşalı oyunçu 580 xalla ikinci olub. İtaliya millisinin və "Çelsi"nin yarımmüdafiəçisi Jorjinyo 460 xalla üçüncü yeri tutub. Portuqaliya millisinin və "Mançester Yunayted"dən Kriştiano Ronaldo isə 178 xalla 6-cı yerlə kifayətlənib.
Sorğuda iştirak edən jurnalistlər ən yaxşı 5 oyunçunu müəyyən ediblər. Birinci yerin sahibi 6 xal, ikincilər 4 xal, üçüncü yeri tutan 3 xal, dördüncü 2 xal, beşinci sıradakı isə 1 xal alıb.