- Xəbər news
- 22:11 05.12.2025
Fransanın PSJ klubunun futbolçusu Lionel Messi keçmiş SSRİ yığmasının mərhum qapıçısı Lev Yaşini geridə qoyub.
Corner.az-ın məlumatına görə, argentinalı futbolçu buna 7-ci dəfə "Qızıl top"u qazanaraq nail olub.
Messi 34 yaş 158-ci günündə nüfuzlu mükafata sahib çıxıb. Yaşin 1963-cü ildə 34 yaş 56 günündə "Qızıl top" qazanıb. Bununla da Messi "Qızıl top"u qazanan ikinci ən yaşlı futbolçu olub.
Qeyd edək ki, mükafatın ən yaşlı sahibi hələlik ingiltərəli Stenli Metyuzdur. Hücumçu 41 yaş 321 günündə bunu bacarıb. O, "Qızıl Top"u qazanan ilk oyunçudur.