26 oktyabr 2024. Şənbə

Ronaldo Messinin Qızıl top'a layiq olmadığını bildirdi


Ronaldo Messinin Qızıl top'a layiq olmadığını bildirdi

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo "Qızıl top" mükafatının  PSJ-nin hücumçusu Lionel Messiyə verilməsinin ədalətsiz olduğunu düşünür.

Corner.az-ın məlumatına görə, 36 yaşlı futbolçu bunu öz fanatlarından birinin şərhinə münasibət bildirməklə təsdiqləyib.

Portuqaliyalı futbolçu sosial şəbəkə izləyicisinin Messinin "France Football" nəşrinin təsis etdiyi mükafata layiq olmadığı ilə bağlı paylaşımına "Fakt" şərhini qeyd edib.

Qeyd edək ki, Kriştianu Ronaldu "Qızıl top"un səsverməsində 6-cı yeri tutub. O, mükafatın təqdimetmə mərasiminə qatılmayıb.







Xəbər news