- Xəbər news
- 22:34 14.11.2024
"Mən qarışıq isveçliyəm. Anam xorvatiyalı katolik, atam isə bosniya və herseqovinalı müsəlmandır. Həyatımın böyük hissəsini İtaliyada keçirmişəm".
Corner.az-ın məlumatına görə, bu fikirləri "Milan"ın futbolçusu Zlatan İbrahimoviç dini inancları barədə "Corriere dello Sport"a müsahibəsində deyib.
40 yaşlı hücumçu Tanrıya və axirətə inanmadığını söyləyib: "Yalnız özümə inanıram. Bu, həyatdır. Öləndə ölüsən. Heç bilmirəm dəfn mərasimi və məzar istəyirəm, ya yox. Axı, məni sevənlər həmin vaxt əziyyət çəkəcəklər. Xurafat da mənlik deyil. "Uğurlar" sözü xoşuma gəlmir, mənə lazım deyil. Çünki nəyin necə ediləcəyinə özüm qərar verirəm"