Futbol üzrə Polşa kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da bu turnirdə növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə aşağı liqa təmsilçisi “Motor Lublin”in qonağı olub. İlk hissəni 0:1 hesablı məğlubiyyətlə başa vuran Varşava təmsilçisi bu oyunda əzmkar qələbə qazanaraq və 1/4 finala vəsiqəni təmin edib.
Mahir də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb və əzmkar qələbədə pay sahiblərindən birinə çevrilib.