3 fevral 2026. Çərşənbə axşamı

Barselona'nın futbolçusu 3-cü dəfə ən yaxşı seçildi


Barselona'nın futbolçusu 3-cü dəfə ən yaxşı seçildi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən yaxşı gənc (U-20) futbolçusunu açıqlayıb.

Corner.az xəbər verir ki, bu ada “Barselona”nın yarımmüdafiəçisi Pedri layiq görülüb.

19 yaşlı yarımmüdafiəçi 105 xalla bütün rəqiblərini qabaqlayıb.

  1. Pedri (İspaniya – “Barselona”) – 105 xal
  2. Camal Musiala (Almaniya – “Bayern”) – 45
  3. Erik Qarsiya (İspaniya – “Barselona”) – 20
  4. Meyson Qrinvud (İngiltərə – “Mançester Yunayted”) – 15
  5. Eduard Kamavinqa (Fransa – “Real”) – 15.

İspaniyalı futbolçu bundan əvvəl 2021-ci təqvim ili üzrə ilin ən yaxşı gənc oyunçusuna verilən “qızıl oğlan” (Golden boy) mükafatının və “France Football” nəşrinin versiyasına əsasən ilin ən yaxşı gənc futbolçusu nominasiyasının qalibi olub.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO