26 oktyabr 2024. Şənbə

Mahir meydana daxil olduqdan sonra üstünlüyümüz üzə çıxdı


Mahir meydana daxil olduqdan sonra üstünlüyümüz üzə çıxdı
“Legiya”nın baş məşqçisi Marek Qolembevski Polşa kubokunun 1/8 finalında “Motor Lublin”ə 2:1 hesabı ilə qalib gəldikləri matçla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, millimizin hücumçusu Mahir Emrelini də fərqləndirib:
 
“Ağır oyun oldu. Kubok matçlarının hər zaman öz qaydaları var. Rəqib bizi çətin anlar yaşatdı. İkinci hissədə Mahir Emreli və Filip Mladenoviç meydana daxil olduqdan sonra rəqibdən üstünlüyümüz üzə çıxdı. Yaxşı şanslar yaratdıq, xoşbəxtlikdən ikisindən maksimum yararlana bildik. Digər qol isə oyundankənar vəziyyətə görə hesaba alınmadı. Bizim üçün vacib olan irəliləyişdir. Ardıcıl ikinci qələbəmizi qazandıq".
 
Emreli sözügedən görüşdə 46-cı dəqiqədə meydana daxil olub. Həmin vaxt komandası 0:1 hesabıyla məğlub durumda olsa da, ikinci hissədə vurulan 2 qol sayəsində Varşava təmsilçisi əzmkar qələbə qazanıb və 1/4 finala yüksəlib.






Xəbər news