26 oktyabr 2024. Şənbə

Qarabağ'ın sabiq legioneri məşqçiliyə başladı


Qarabağ'ın sabiq legioneri məşqçiliyə başladı

"Qarabağ"ın sabiq futbolçusu Miçel Madera özünü yeni ampluada sınamağa hazırlaşır.

Corner.az "cope.es"ə istinadən xəbər verir ki, ispaniyalı veteran yarımmüdafiəçi ölkəsinin "Lenense" klubunda məşqçiliyə başlayıb.

36 yaşlı keçmiş futbolçu bu sahədə ilk addımlarını atasının prezident olduğu komandada atmağa qərar verib.

Qeyd edək ki, 2015 - 2020-ci illərdə "Qarabağ"ın formasını geyinmiş Miçel Madera Ağdam klubunda 159 oyuna 30 qol vurub. O, bu ilin martında karyerasını başa vurub.







Xəbər news