26 oktyabr 2024. Şənbə

Levandovski qızıl top'a layiq idi, amma…


Levandovski qızıl top'a layiq idi, amma…

“Bavariya”nın futbolçusu Tomas Müller komanda yoldaşı Robert Levandovskinin “qızıl top” mükafatını qazana bilməməsinə münasibət bildirib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı futbolçu, polşalı hücumçunun bu mükafatı qazanmağa layiq olduğunu vurğulayıb:

“Bavariya” azarkeşləri, almanlar və polşalılar üçün bu tədbirdə Levandovskinin “qızıl top” mükafatını qazana bilməməsi bir xəyal qırıqlığı yaratdı. Levandovski “qızıl top”a layiq idi, amma qazana bilməməsinə təəccüblənmədim. Eyni şey 2013-cü ildə Frank Riberinin də yaşamışdı”.

“Qızıl top” mükafatını PSJ-nin futbolçusu Lionel Messi qazanıb. Levandovski isə sıralamada ikinci olub.







Xəbər news