- Xəbər news
- 01:00 22.01.2026
Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin İspaniyanın Barselona şəhərinin cənubunda yerləşən oteli sökülə bilər.
Corner.az xəbər verir ki, bu barədə “El Confidencial” nəşri məlumat yayıb.
Məlumatda, Messinin 2017-ci ildə 30 milyon avroya satın aldığı 77 otaqlı otelin şəhər standartlarına uyğun olmadığı səbəbindən sökülə biləcəyini bildirilib.
İddiaya görə, oteli 4 il əvvəl Messiyə satan şəxs gələcəkdə buranın söküləcəyindən xəbərdar olsa da bu haqda argentinalı hücumçuya məlumat vermədən satışı reallaşdırıb.
Messi hazırda PSJ-də illik 30 milyon avro qazanır.