26 oktyabr 2024. Şənbə

Krivotsyuk'un komandası səfərdə uduzdu


Krivotsyuk'un komandası səfərdə uduzdu
Futbol üzrə Polşa çempionatında 17-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Stal”ın qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib - 1:2.
 
Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin müdafiəçisi 43-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
 
“Visla” 17 turdan sonra 23 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.






Xəbər news