24 mart 2026. Çərşənbə axşamı

Nuriyev üçün 64 dəqiqə , 3 xal


Nuriyev üçün 64 dəqiqə , 3 xal
Futbol üzrə Ukrayna Premyer Liqasında 17-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Xarkov “Metallist”in qonağı olub. Futbolçumuzun komandası bu görüşdə minimal hesablı qələbə qazanıb - 1:0.
 
Nuriyev də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.
 
“Kolos” 17 turdan sonra 21 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.






Xəbər news